Rusiyada yoxsulluğu ancaq bir üsulla aradan qaldırmaq olar.
Müstəqil.Az xəbər verir ki, bunu rusiyalı siyasətçi Vladimir Jirinovski “Komsomolskaya pravda” radiosunun efirində deyib.
Onun fikrincə, bunun üçün Rusiya hökuməti digər ölkələrə borcları bağışlamağı dayandırmalı, həmçinin heç kimə, heç vaxt heç bir bəhanə olmadan yardım etməməlidir.
“İndi siz mənə deyəcəksiniz ki, orada zəlzələ, daşqın, müharibə var…Heç vaxt, heç kimə yardım etməməliyik. Səbəb nə olursa olsun”, – Jirinovski qeyd edib.
Fatimə Z.