Jurnalist Salatın Əsgərovanı qətlə yetirənlərin tapılmasında böyük fədakarlıq göstərən Milli Qəhrəmanın doğum günüdür

Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynov Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. Hərbi xidmətə çağırılanada Azərbaycan hələ Sovetlər Birliyinin tərkibində idi. Onun hərbi xidmətdən geri döndüyü 1989-cu ildə isə ölkə azadlıq havasına bürünmüşüdü. Dağlıq Qarabağ müharibəsi qızışmışdı. Ona görə də Vüqarın ilk işi 1990-cı ildə Daxili İşlər Nazilriyinin polis dəstəsinə yazılmaq olur. Vüqar Hüseynov Xocalıda, Goranboya uğurlu döyüş yolu keçir. Jurnalist Salatın Əsgərovanı qətlə yetirənlərin tapılmasında böyük fədakarlıq göstərir. 1991-ci il iyunun 20-sində ermənilərin Goranboya hücumu zamanı qəhrəmancasına vuruşur və şəhid olur. Əvvəlcə “Qırmızı Ulduz” ordeni ilə təltif olunsa da 1990-cı ilin iyununda Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.

Share: