Kərimov xəstəxanaya çatdırıldı: Ürəyində problem…

Fransa məhkəməsinin izni ilə Moskvaya gələn rusiyalı senator Süleyman Kərimov ürəyində problem səbəbindən xəstəxanaya yerləşdirilib.

Report xəbər verir ki, bunu milyarderin köməkçisi Aleksey Krasovski deyib.

“Şənbə günü axşam ürək nahiyəsində nasazlıq hiss etdi, həkim çağırdı. Təcili yardımla Vişnevski hospitalına aparıldı, ürək ritminin mürəkkəb pozulması diaqnozu qoyuldu”, – deyə Aleksey Krasovski bildirib.

Xəstəxana kardiocərrahının sözlərinə görə, reanimasiyada senatorun sinus ritmi bərpa olunub və o, həkim nəzarəti altında evə buraxılıb.

Müstəqil.Az

Share: