Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda separatçı erməni rejimi tərəfindən bal festivalı keçirilib.
Müstəqil.Az moderator.az-a istinadən xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, tədbirdə qondarma rejimin lideri Bako Saakyan və dövlət naziri hesab edilən Qriqori Martirosyan da iştirak edib. Zəbt edilmiş müxtəlif Azərbaycan bölgələrində yetişdirilmiş arı məhsulları 70 səyyar dükanda nümayiş olunub və satılıb.
Müstəqil.Az