Tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffər xəstəxanaya yerləşdirilib.
Müstəqil.Az xəbər verir ki, bu barədə Milli.azməlumat yayıb.
Əməkdar artist jurnalistin telefon zənginə cavab verməsə də, aktrisanın yaxınları yayılan məlumatı təsdiqləyib:
“Kəmalə xanım “Vicdan haqqı” serialından getdiyinə görə uzun zamandır ki, izləyicilərinin böhtanlarına, ağır ittihamlarına məruz qalırdı. Bütün bu təhqirlər və ittihamlar aylardır Kəmalə xanıma çox pis təsir edirdi. Elə bunun nəticəsidir ki, əsəb və stressdən bu səhər Kəmalə xanımın səhhəti ağırlaşdı və səhər saatlarında onu xəstəxanaya çatdırdıq. Bəzi İnstaqram səhifələri isə Kəmalə xanımın pula görə serialdan getməsini əsas gətirərək onu ittiham da edirdilər. Bilirik, tamaşaçıları Kəmalə xanımın serialdan getməsini istəmirdi, sadəcə olaraq belə alındı. Onu sevənlərdən Kəmalə xanıma qarşı sayğılı və anlayışlı olmalarını xahiş edirik”.