Goranboy rayonunda intihar hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, 2 uşaq anası olan Kəlbəcərin Bəzirxana kənd sakini İsmayılova Arifə İmamverdi qızı yaşadığı Goranboyun Börü kəndində özünü asıb.
Belə ki, 42 yaşlı qadın evin həyətindəki tövlənin tavanından özünü asaraq intihara cəhd edib. Bu zaman onun anası Məleykə Həsənova kəndiri bıçaqla kəsərək qızını Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin tibbi yardım göstərilməsinə baxmayaraq, A.İsmayılova ölüb.
Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.