Kəramət Böyükçöl Salam Sarvandan üzr istədimi?

Kəramət Böyükçöl Salam Sarvandan üzr istədimi?

Bir müddət qabaq yazıçı Kəramət Böyükçöl şair Salam Sarvanı jurnalist Rauf Arifoğlunun seçki kampaniyasında böyük miqdarda pul alıb onun haqda məqalə  yazdığına görə itttiham eləmişdi.

Sonradan bu iddianın yalan olduğu və Kəramət Böyükçölün şairdən üzr istəyəcəyi bardə söhbətlər yayılmışdı. Müstəqil.Az bu məsələlərə aydınlıq gətirmək üçün Salam Sarvanla əlaqə saxladıq. Salam Sarvan bunları dedi:

– Kəramətnən o vaxt görüşdük. O, üzr istədi, statusunda yanlışlıq olduğunu bildirdi. Mən ona üzrün bu təhərinin məni qane etmədiyini dedim, çünki böhtanı Facebookda atmışdı. Dedim, bu üzrü nümayişkaranə eləmək lazımdı. O, övladı Barışın canına and içdi ki, bunu da eləyəcək. Day qalanıyla maraqlanmadım: çünki qalanı day Kəramətlə Barışın münasibətlərinə aid idi.

Ümumən, sadə  bir düstur var ki , onunla  çox şeyləri ölçmək olar: elementar həyat hallarında dürüst ola bilməyənlrin böyük ideyalardan danışması cəfəngiyyatdı…
Müstəqil.Az

 

Share: