Yazıçı Kəramətin döyülmə xəbərinə atasından REAKSİYA

Yazıçı Kəramət Böyükçölün döyülərək xəsarətlər alması ilə bağlı xəbər yayılıb.

Onun dostu Şamil Paşayev hadisə ilə bağlı Yasamal rayon 28-ci polis bölməsinə ərizə ilə müraciət edib.

Böyükçölün atası, tanınmış şair Qəşəm Nəcəfli isə  açıqlamasında xəbəri təkzib edib:

“Kəramət necə döyülüb ki, mənimim bundan xəbərim yoxdur. Dünən bütün günü bir yerdə olmuşuq. Heç bir xəsarət-filan almayıb. Yalan sözdür”.

Qeyd edək ki, yazıçının döyülməsi xəbərini “Qafqazinfo” yayıb.

Müstəqil.Az

Share: