Türkiyəli aktyor Kadir Doğulu dərviş (səyahət edən, fiziki dünyadan imtina edən, mənəvi dünyada yaşayan, sufiliyi təbliğ edən dindar insan) olduğunu etiraf edib.
Müstəqil.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor bu barədə yayılan xəbərlərin doğru olduğunu deyib:
“Bu hədiyyə olunmuş kürsüdür. Bunu evliliyimdə, işimdə, duruşumla göstərməyə çalışıram. Dostlarım, qohumlarım, qonşularım bilir, siz indi öyrənirsiniz. Bu göstəriş üçün və ya baxın mən dərvişəm söyləmək üçün deyil. Təəsüf ki, Türkiyədə təriqət sözü çox kirlədilib”.
Qeyd edək ki, Kadir Doğulu aktrisa Neslihan Atagülün həyat yoldaşıdır.
Müstəqil.Az