Bakıda quldurluq hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, gecə saat 01 radələrində Binə qəsəbəsində yerləşən kafedə Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü C.Novruzov qeyri-rəsmi nikah münasibətində yaşadığı U.Süleymanovanı döyüb. O, qadının üzərində olan 500 manat pulu götürərək hadisə yerindən uzaqlaşıb.
İnsidentlə bağlı polisə müraciət edildikdən sonra C.Novruzov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.