Türkiyənin Kahramanmaraş vilayətində növbəti dəfə zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, 5,1 bal gücündəki zəlzələ ətraf vilayətlərdə də hiss olunub.