Kaliforniyada 50 mindən çox insan təxliyə olunur

ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti ştatın şimalında baş verən meşə yanğınları səbəbindən 50 min nəfərin təxliyyəsinə dair göstəriş verıb.
Bu barədə “Associated Press” agentliyi bildirib.
Məlumata əsasən, Hildsberg və Vindzor kimi şəhərlərin sakinləri tamamilə təxliyyə ediləcək. Hakimiyyət orqanları küləyin sürətinin 38 m/s qədər çata biləcəyi barədə xəbərdarlıq edib.
Amerikanın enerji şirkəti “Pacific Gas and Electric” (PG&E), öz növbəsində, elektrik enerjisinin planlı bir şəkildə kəsilməsi nəticəsində təxminən 940 min istehlakçının işıqsız qalacağını deyib.
Share: