Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tatarıstanda 8×4 təkər sistemli pilotsuz ağır “KamAZ” yük avtomobili prototipini sınaqdan keçirilir.
Bu barədə istehsalçının rəsmi “Telegram” kanalı məlumat yayıb.
Maşına “RoboCop” adı verilib. Bu, 1987-ci ildə yayımlanan ABŞ elmi-fantastik filminin adıdır.
Bildirilir ki, hazırda avtomobil modifikasiya üçün şirkətin tədqiqat və inkişaf mərkəzindədir. Daha sonra isə kömür şaxtalarından birində real şəraitdə sınaqdan keçirilməsi üçün Kemerovoya yollanacaq.