Kamil sübut etdi: “Qarabağ”ın təyyarəsinə özü minməyib – VİDEO

“Qarabağ”la Madridə gedən Kamil Zeynallının vətənə Ağdam klubunun təyyarəsi ilə qayıtmadığını xəbər vermişdik.

 

Ölkə mətbuatında yayılan xəbərlərə görə, buna “Qarabağ” rəhbərliyi icazə verməyib. İddia olunurdu ki, Kamili səfərə yollanan zaman məlum qalmaqallı videosu klub rəhbərliyinin etirazına səbəb olub və buna görə də təyyarəyə buraxılmayıb.

 

Lakin müğənni Gülay Zeynallının həyat yoldaşı bu iddialarla razılaşmayıb, İnstagram hesabında açıqlama yayaraq “Qarabağ”la Bakıya qayıtmamasını “Beşiktaş” – “Monako” oyunu üçün İstanbula gedəcəyi ilə əlaqələndirmişdi.

 

Müstəqil.Az xəbər verir ki, bunun sübutu üçün o, “Vodafone Arena”da keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmadan video çəkərək sosial şəbəkədə paylaşıb.

 

Müstəqil.Az

Share: