Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirir

Kanada Rusiyadan olan 14 fiziki və 34 hüquqi şəxsə, o cümlədən “Vaqner” muzdlu dəstəsilə əlaqəli şəxslərə, həmçinin Belarusun maliyyə sektoru ilə bağlı doqquz müəssisəyə qarşı sanksiyalar tətbiq edir.

Bu barədə çərşənbə axşamı Kanadanın Baş naziri Castin Trüdo bildirib.

Onun sözlərinə görə, Ottava Rusiya Federasiyasına “təzyiqləri artırmaq” üçün belə bir addım atıb.

Kanada həmçinin Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov və Rusiya müdafiə nazirinin müavini Nikolay Pankova da sanksiya tətbiq edib.

Mənbə: TASS

Share: