Kanada XİN: Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiqliyimizi bəyan edirik

Kanada XİN: Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiqliyimizi bəyan edirik

Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bir daha bəyan edirik.

“Report” xəbər verir ki, bu, Kanada xarici işlər nazirinin ölkənin Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı bəyanatında yer alıb.

“Bu gün Kanadanın müxtəlifliyi, firavanlığı və uğurunun mühüm hissəsini təşkil edən fəal Azərbaycan icması da daxil olmaqla, insanlar arasında xoş əlaqələrə əsaslanan münasibətlərin, Azərbaycan ilə diplomatik münasibətlərimizin 30-cu ildönümü tamam olur.

“Ölkələrimiz otuz il ərzində beynəlxalq arenada ümumi dəyərləri daha da möhkəmləndirmək üçün güclü işgüzar əlaqələr inkişaf etdiriblər. Biz həm Ukraynaya humanitar yardım göstərməyə kömək edirik, həm də Əfqanıstanda birlikdə işləmişik və bu, ehtiyacı olanlara kömək etmək üçün qarşılıqlı öhdəliyimizə sübutdur. Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi forumlarda qlobal miqyasda qadınların səlahiyyətlərinin artırılması və ətraf mühitə nəzarətin təşviqində, eləcə də Qafqaz regionunda qaydalara əsaslanan beynəlxalq nizamın və demokratiyanın möhkəmləndirilməsində əməkdaşlıq etmişik.

“Biz bu mühüm günü qeyd edərkən Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bir daha bəyan edirik. Biz gələcək illərdə bu mühüm dostluğu möhkəmləndirərək daha dərin əlaqələr yaratmağı səbirsizliklə gözləyirik”.

“Azərbaycanla multikulturalizmə birgə sadiqliyimiz güclü olaraq qalır”, – bunu isə Kanada xarici işlər nazirinin Parlament üzrə katibi Rob Olifant tviter hesabında yazıb.

“Bu gün Kanadanın və Azərbaycanın diplomatik əlaqələrinin 30-cu ildönümüdür. Bizim multikulturalizm və müxtəlifliyə birgə sadiqliyimiz güclü olaraq qalır. İnkişaflı və genişlənən Azərbaycan-Kanada icması ölkələrimizə böyük töhfələr verməkdə davam edir”, – Kanadanın Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb.

Share: