Mayın 6-da Kanadanın qərbindəki Alberta əyalətində başlayan və daha sonra Britaniya Kolumbiyası bölgəsinə yayılan meşə yanğınları nəticəsində yüksələn tüstü ABŞ-yə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Okean və Atmosfer Administrasiyası (NOAA) tviterdə yazıb.
Yanğınlarla bağlı paylaşılan görüntülərdə Albertadakı meşə yanğınlarından çıxan tüstünün Kanadanın şərqinə doğru irəliləyərək ABŞ-Kanada sərhədinə çatdığı görünür.
Səlahiyyətlilər, Kanadanın Alberta əyalətindəki meşə yanğınlarından 23-nün nəzarətdən çıxdığını və yanğınların 75 nöqtədə davam etdiyini bildirib. Rəsmilər qeyd edib ki, 300 əsgər yanğınsöndürənlərə dəstək olmaq üçün havadan və qurudan yanğınların qarşısını almağa kömək edəcək. Yanğınların 6000-dən çox şagirdə təsir etdiyi üçün 28 məktəbdə təhsil dayandırılıb