Kann mükafatlı rejissor Fransa hökumətini tənqid etdi

Kann Film Festivalında “Qızıl Palma” mükafatını alan fransız kinorejissor Justine Triet mükafatlandırma mərasimi zamanı prezident Emmanuel Makron hökumətini tənqid edib.

Kulis.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Triet pensiya islahatlarına qarşı etirazların yatırılmasından qəzəblənib. Onun fikrincə, ölkə bundan çox zərər çəkib.

Qeyd edək ki, rejissor Festivalda “Şirin bədənin anatomiyası” filminə görə “Qızıl palma budağı”nı alıb.

Xatırladaq ki, aprelin 15-də Emmanuel Makron pensiya islahatı haqqında qanunu imzalayıb. Sənəddə pensiya yaşının 62-dən 64-ə qaldırılması nəzərdə tutulub. Bu təşəbbüsə görə bütün Fransada kütləvi etirazlar baş verib.

Share: