Kansler Azərbaycan və Ermənistanı sülh danışıqlarını tez bir zamanda yekunlaşdırmağa çağırıb

Kansler Azərbaycan və Ermənistanı sülh danışıqlarını tez bir zamanda yekunlaşdırmağa çağırıb

Kansler Azərbaycan və Ermənistanı sülh danışıqlarını tez bir zamanda yekunlaşdırmağa çağırıb

Almaniya hökumətinin Mətbuat və İnformasiya İdarəsi (BPA) Kansler Olaf Şoltsun Münxendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüş barədə məlumat yayıb.

xəbər verir ki, hökumətin saytında yerləşdirilmiş məlumatda deyilir ki, bu gün kansler Şolz Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti Əliyev və Ermənistanın Baş naziri Paşinyanla görüşüb.

“Bu üçtərəfli müzakirədə kansler iki ölkə arasında sülh danışıqlarını tez bir zamanda yekunlaşdırmağa çağırıb. Almaniya və Avropa Aİ Şurasının sədri Mişelin səyləri də daxil olmaqla, bacardıqları qədər bunu dəstəkləməyə hazırdırlar.

Kansler açıq şəkildə bildirdi ki, hər iki tərəf mövcud fikir ayrılıqlarını və açıq sualları yalnız sülh yolu ilə və güc tətbiq etmədən həll etməlidir”, – deyə Almaniya hökumətinin məlumatında vurğulanır.

Share: