“Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 22 yanvar 2024-cü il, saat 11.00-da keçiriləcək.
“-Economics” xəbər verir ki, ümumi yığıncaqda 2024-2026-cı illər üzrə “Kapital Bank” ASC-nin strateji planları, strateji baxış və missiya bəyanatı haqqında məlumat veriləcək.
Qeyd edək ki, Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən Bankın Ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcək.