Kapitan Altay Hüseynov: Bu gün texnologiya nə qədər çox inkişaf etsə də, gənc dənizçilər keçmişin təcrübəsini daima öyrənilməli və istifadə etməlidir

Kapitan Altay Hüseynov: Bu gün texnologiya nə qədər çox inkişaf etsə də, gənc dənizçilər keçmişin təcrübəsini daima öyrənilməli və istifadə etməlidir

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin Müstəqil.Az saytı ilə birgə hazırladığı “Dənizçi Həyatı Lahiyəsinin bu dəfəki qonağı AXDG QSC DND idarəsinin gəmi kapitanı Hüsynov  Altay Akif oğludur

Altay kapitan, sizinlə “Dənizçilərə Sosial Dəstək”  İctimai Birliyinin  və Müstəqil.Az-sytının birgə lahiyəsi olan “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq. Özünüz haqda məlumat vermənizi xahiş edirəm.

– Mən Hüseynov Altay Akif oğlu, 1970-ci ilin fevral ayının 12-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşam. 1990-cı ildə Bakı Dəniz məktəbini bitirmişəm. Elə həmin ildən dəı “Xəzər Dəniz Gəmiçiliyi”nin müxtəlif gəmilərində matros vəzifəsində işə düzəlmişəm. Gəmi  kapitanı vəzifəsinədək yüksəlmişəm.

1997-ci ildə Qafur Məmmədov adına Dəniz Yolları Məktəbinin “Gəmi sürücüsü” ixtisası, 2002-ci ildə Bakı Dövlət Dəniz Akademiyasını bitirmişəm.

Hal-hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Dəniz Nəqliyyatı Donanmasının müxtəlif gəmilərində kapitan vəzifəsində çalışıram.

-Necə oldu ki, dənizə könül verdiniz?

Doğrusu Lənkəranda, Xəzərin sahilində anadan olsamda, dənizə maraq mənə uzaq Şimalda yarandı. 1988-1989-cu illərdə Rusiyanın Murmansk şəhərində hərbi xidmətdə olmuşam. Həmin ərazidə dəniz və dənizçiliklə bağlı maraqlı faktların, hadisəlrin  şahid olmuşam. Baxın, elə həmin ildə də məndə bu sənətə  həvəs yarandı. Dənizçi olmaq xəyalı mən də  kimi hərbi xidmətdən sonra formalaşdı.

-Demək dənizlə  dostluğunuz hələ dənizçi olmazdan  qabaq alındı, bəd, sonralar hansısa peşimançılıq, yaxud təəssüf hissi olmadı ki?

-Xeyr, bu sahəni seçməyimə görə heç bir vaxt təəssüf hissi keçirməmişəm. 32 ildir bu sahədə çalışıram, Vəzifə artımı, bu sahədə irəliləməyim dediklərimə sübutudur.

– “Dənizçi həyatı” dedikdə nə başa düşülür? Siz bu həyatı necə xarakterizə edərdiz?

-Dənizçi həyatı çətin olmaqla bərabər məsuliyyət tələb edən sənətdir. Gərək işini, sənətini  sevə-sevə görəsən. Elə bir sahə yoxdur ki, oranın çətinliyi olmasın. Bizim də dənizçi həyatının müəyyən çətinlikləri olub, olur və olacaq da. Bəzən istədiklərinin, övladlarının, doğulub boya başa çatdığın yurdun, kəndin yanında xəyal quraraq olursan, müəyyən vacxtlarda olmalı məkanda ola bilmirsən və sair. Amma bütün bunlar dənizdən, sənətindən aldığın zövqdən çox-çox geridə qalır.

-Dediniz ki, bəzən lazım olan anda lazım olduğun yerdə olmursan. Demək itirdiklərimiz də olur. Deyin, dənizin sizdən aldığı, yaxud sizin dənizdən aldığınızı müqayisə etsək, hansı daha çoxdur?

– Dənizin məndən aldığı dedikdə zaman və ailə, vətən həsrətin nəzərdə tuta bilərəm ki, bu barədə dedim. Mənim dənizdən qazandıqlarım isə pulla, var dövlətlə alınası şeylər deyil. Mənim dənizdən aldıqlarım səbr, dözümlülük kimi atributlardır.

– Məlumdur ki, dənizçilərin həyatında macəra dolu günlarə heç də az olmur. Sizin yaddaşınızda qalan ən maraqlı hadisələr hnsıdır?

-Yadda qalan anlar, hadisələr olduqca çoxdur, hansından danışım ki.. Lakin mənim üçün  Bosfor boğazı ilə Dardanel boğazının keçidi həmişə maraqlı olub. O ki qaldı macəra məsələsinə, dənizçinin demək olar bütün həyatı macəra dolu olur.

-Əhatənizdə gənc dənizçi nəsli olur. Onlarla biliklərinizi, təcrübənizi paylaşısız. Gənclərə vaxt sərf etmək sizin üçün maraqlıdırmı?

-Artıq 32 ilə yaxındır ki, dənizdə müxtəlif tipli gəmilərdə və müxtəlif vəzifələrdə çalışıram. Əldə etdiyim bilikəri və təcrübəni gəmiyə yeni gəlmiş heyət üzvlərilə və təcrübəçilərlə paylaşmağım çox xoş bir hal olur. Paylaşdığım bilik və təçrübəmin onların işinə yaraması məni çox sevindirir. Vaxtı ilə biz öyrənmişik, indi gənclər estafeti ələ alıb özlərindən sonrakılara nələrisə öyrənmək istəməlinə də biz yardımçı olmalıyıq.

– Bir halda ki, gənc dənizçi nəsli ilə işləməyə önəm nverirsiz, deyin,  bu günün gənc dənizçi nəslinin sizin dövrün gəncləri ilə müqayisədə hansı fərqləri müşahidə etmək olar?

– Etiraf etməliyik ki, yeni nəsil müasir texnologiyalardan daha çox istifadə edir. Bunun əlbəttə vacibliyini qeyd etməliyik. Bizim dövrümüzdə texnologiya müasir dövrlə müqayisədə zəif inkişaf etdiyinə görə daha çox bilik və təcrübəyə əsaslanırdıq. Və bu gün bu texnologiyalar nə qədər çox inkişaf etsə də, keçmişin təcrübəsi daima öyrənilməli və istifadə olunmalıdır.

– Məlumdur ki, ölkədən kənarda çox olmusuz, Dənizçiyə olan diqqət, onlara münasibət hansı ölkdə daha çox müşahidə olunur?

– Bir çox ölkədə olmuşam. Hər birində xüsusi diqqət var, lakin Avropada bu diqqəti daha çox müşahidə etmişəm.

– Gənc dənizçi nəslinə nələri tövsiyyə edərdiz?

– Dənizçilik sənəti, bu sahədə çalışmaq məsuliyyətli peşə olduğu üçün onlara seçdiklıri ixtisasa diqqətli və ciddi yanaşmalarını tövsiyə edərdim.

Çox sağ olun ki, zaman ayırıb lahiyəmizin qonağı oldunuz.

– Siz çox sağ olun ki, biz dənizçiləri unutmursunuz. Rəhbərlik etdiyiniz “DSD”İB-nin qısa zamanda gördükləri işləri də minnətdarlıq hissi ilə anırıq. Bəzən cavabdeh olan təşkilatların görəvində olan işlərinə sizin birliyiniz tərəfindən müraciətlr olur və dənizçilərimizin dənizdən kənar olan bəzi məsələlərinə yardımçı olursuz. Bu haqda artıq dənizçilər daha çox danışır. Gəmiçiliyimizin inkişafına da, qazandıqları uğurlara da QHT olaraq münasibət bildirməklə, işlərimizin səmərəliliyini  insanlara çatdırırsız.
Söhbətləşdi: Faiq Balabəyli

Share: