Kapitan İlqar Zingirov: Xarici sularda da üzmüşəm, ancaq Xəzər dənizi üçün həmişə darıxmışam

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstək İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı AXDG QSC XDND idarəsinin PSV  “Qubadlı””  gəmisinin kapitanıİlqar Zingirovdur 

İlqar kapitan, səninlə Müstəqil.az-saytı və Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin birgə layihəsi olan “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq, de, necəsən, əhval –ruhiyən necədir?

– Çox sağ ol, Faiq bəy, təşəkür edirəm. Dənizçi necə olar, dəniz kimi. Maşallah nəvənin adınıda Dəniz qoymusan, adı ilə böyüsün, Allah saxlasın. Dəniz dilindən və qəlbindən düşmür. Mən rəhbərlik etdiyin Müstəqil.Az saytı və DSD İB-niun birgə layihəsi olan “ Dənizçi həyatı “ layihəsin çox bəyənirəm və layihənin gerçəkləşməsində rolu olan hər kəsi salamlayiram. Sizlərə bu yolda uğurlar diləyir və daimi, davamlı olsun deyirəm.

–  Təşəkkür edirəm. Kapitanı olduğun gəmi indi işğal altında olan Qubadlımızın adını daşıyır. Özünün də doğulub boya başa çatdığın torpaq, Qərbi Azərbaycan düşmən tapdağı altındadır, xiffətini çəkirsən. İşğal altında olan coğrafi adlrımızın adına verilən gəmilərdə işləmək səndən daha hansı məsuliyyəti tələb edir?

– Bəli, mən hal – hazırda işğalda olan rayonumuzun adını daşıyan PSV  “Qubadlı”gəmisində kapitan olaraq işləyirəm. Qubadlı gəmisi çox unikal analoqlu gəmidir. Gəmi DP-2 kompyuter idarə etmə sistemindən ibarətdir. Özüllərdə yanğını söndürmək üçün, xüsusi yanğın söndürmə sistemi var. Onu da bildirim ki, gəminin göyərtəsində  xüsusi xilas edici qayıq var, sürəti 35 uzeldir. Yəni hər hansı bir xoşa gəlməz hadisə baş verərsə, tez bir zamanda həmin yerə çatdırma imkanına malikdir.

Bildiyimiz kimi “Qubadlı” gəmisi “ Azneft I.B “ ilə “ AXDG “ QSC arasında bağlanmış “Taym – Çarter “ müqaviləsinə əsasən Birliyin sərəncamındadır. Hal – hazırda “ 28 may NQÇİ “ nin “ Günəşli “ neft yataqlarında yerlışən özüllərinə, hava şəraitinin çətin olmasına baxmayaraq xidmət göstəririk.

Əlbətdə, belə bir gəmidə işləmək xüsusi və böyük məsuliyyət tələb edir

Səni çoxdan tanıyırıq, tabeçiliyinizdə olan heyyət üzvləri sizdən daima razılıq edir. Heyyət üzvlərindən bu sevgini qazanmağın xüsusi bir düsturu var, yoxsa necə olur ki, sən belə bir hörmətlə əhatələnmisən?

-Düstur deməzdim. Gəmi demək olarki bizim ikinci evimizdir. Daha doğrusu evdən çox gəmidə oluruq. Ona görə də biz dənizçilər, bir – birimizə qaynayıb qarışmışıq. Birdəki biz köməkçi işlədiyimiz dövrdə, heyyətlə rəftarı, idarə etməçiliyi, “Dəniz həyat” ını, dəniz tərbiyyəsini Ağsaqqal kapitanlardan öyrənmişik. Buna görə də həmin Ağsaqqal kapitanlara öz minnətdarlığımı bildirirəm. Çünki, mənim dənizçi kimi püxtələşməmdə onların böyük əməyi olub. Bunu itirmək olmaz.

Odurki, mən həmişə heyyətim ilə səmimi olmuşam, onların həyat tərzi və yaşayışı ilə maraqlanmışam. Bacardığım qədər kömək etmişəm. Həmin heyyət üzvlərindən kapitan işləyənlərdə var. İndi onların da öz heyyətləri var və onlarda heyyətləri tərəfindən sevilirlər. Mən də bunları görüb qürurlanıram, onlarla  fəxr edirəm. Yəqin ki, bunlara görə sevgi və hörmətlə əhatələnmişəm.

– Qonşularımz olan bəzi dövlətlərlə münasibətlərimiz heç də yaxşı deyil. Daha doğrusu həmişə bizdən yaxşılıq görənlərin arxadan vurduqıarı zərbə ilə qarşılaşmışıq. Bu ağrını sən daha qabaq hiss etmisən, Qərbi Azərbaycandan olmaqla. Erməni xisləti haqda nə deyərdin?

– Bəli, mən Qərbi Azərbaycanda doğulub, boya başa çatmışam. Demək olar ki, həmişə o namərd millətin, insanlıqdan uzaq olanların, donuz adlandırıla biləcək məxluqların əhatəsində olmuşam. Bağışla, özümdən aslı deyil, onlardan söz düşəndə emosyalarımı cilovlaya bilmirəm. Bir halda ki, bir millətin ( əgər millət demək olarsa )bayrağı, Kolumbiya bayrağının tərsi, əlifbasə Efiyopa, musiqisi Türk, mətbəxti Türk, kilsəsi Alban və Gürcü, ərazisi Azərbaycan ərazisi olan ermənidən gedirsə bunların  xislətindən necə danışçaq, bəhs etmək olar. Zatən hər şey bəlli.

 

Ömrünün uşaqlıq, yeniyetməlik vaxtı keçdiyi yerlər xatirinə gəlirmi, yurd yuvanız üçün darıxmırsan ki?

– Əlbətdə ömrümün uşaqlıq dövru o diyarlarda keçib, indi xəyyallarınmda oralara gedə bilirəm. Çox səfalı yerləri idi, gözəl bulaqları və təmiz havası var idi. O yerləri xatırlayanda istər – istəməz köyrəlirəm. Kəndimiz Ağtala kəndi idi. Camaatı bir – birinə çox mehriban və şən idilər. Bir birlərinin xeyir – şər işlərində fəal iştirak edərdilər. Kəntçimiz İmanov İmdadın kənd haqqənda bir şeiri var, onu demək istəyirəm:

Yaman darıxıram, ay əmi oğlu,

Öz yurdumda dağlar düşüb yadıma.

Bulaqlar üstündə kəsilən toğlu,

Məclis quran çağlar düşüb yadıma.

 

Qocalıram, yox canımın təpəri

Keçən günə, boylanıram ötəri

Uşaqlıqda gizlin aşıb çəpəri,

Yardığımız bağlar düşür yadıma.

 

Kövrəlirəm, ürək yaman yuxalıb

Ağtalasız dərdim, qəmim çoxalıb

Kəndimizin qocaları yox olub

Köçən – köçüb, çağlar düşüb yadıma.

 

Göyboyuna, Bavel daşa, həsrətəm

Çobanbulaq, Xırman daşa həsrətəm

Bilirsənki Quzu daşa həsrətəm

Dəmyəbulaq, çaylar düşüb yadıma.

Vədəsidi, Sallamalar biçməli

Qarabulaq buz kimidi içməli

Hərdən gedib Təhləlidən keçməli

Qurudərə, quyular düşüb yadıma.

 

Dağların ovçusu deginən hanı

Atardı gülləni, tökərdi qanı,

Demədimmi vurmagınan Ceyranı

Ovladığın ovlar düşüb yadıma.

 

Yalan olmaz bu İmdadın dilində

Dəryalar var gözlərimin selində

Şamlıx, Gümüşxana, Ayrım elində

Yeyib içən, dostlar düşüb yadıma

 

– Yaxşı şeirdi, nisgil dolu. İndi şeirlərlə özümüzü toxtadıdırıq. İlqar bəy, Uzun müddətdir, dənizdəsən, dəniz həyatı, dənizçi həyatı sənin üçün nəyi diqtə edir?

-Mən 1985-ci ildən Xəzər dənizində üzürəm. Xəzər dənizi demək olar ki, bizə doğmalaşıb. Mən xarici sularda da üzmüşəm, ancaq Xəzər dənizi üçün həmişə darıxmışam. Elə bilmişəm ki, Qərbi Azərbaycan kimi burdan da köçkünəm, ona görə xarici sularda çox üzə bilməmişəm.

Məlumdur ki, biz artıq həyatımızı dənizə bağlamışıq. Düzdür, dəniz çətin peşədir və çətin olduğu qədərdə şərəfli peşədir. Ona görədə dəniz bizim həyatımızdır.


– Məlumdur ki, AXDG QSC con illər yeni və uğurlu nailiyyətlərə imza atır. Amma iş olan yerdə, çatışmazlıqlar da olur, peşəkar kapitan kimi, nə deyərdin, daha nələr etmək olar?

-Düzdür, AXDG QSC son illərdə İMO – nun tələblərinə cavab verə bilən yeni müasir gəmilər alıb. Bildiyim kimi yeni layihələr üzərində də işləyirlər. Yeni gəmilərin sifarişi, tikilməsi, doğma coğrafi adlarımız altında qara dənizdə və ölkəmizin hüdudlarından kənarda uğurla yükdaşımaları həyata keçirmək, əlbəttə bütün bunlar hər birimizi sevindirməlidir. Düşünürəm ki, gəmiçiliyimiz gələcəkdə müasirləşərək dünyanın aparıcı şirkətlərindən biri ola bilər.

– Bilirsən,  dənizi, dəniz işini dənizdə olanlar daha yaxşı bilir, hər hansı səmərələşdirici təkliflərin varmı?

-Faiq bəy, bilirsən ki,  bütün dünyanı ağuşuna alan bu, pandemiya dövründə səmərələşdirici təklif vermək çox çətindir. Bu dövrü başa vurrmaq üçün nə təklif etmək olar , ancaq və ancaq bütün dənizçilərimizə və rəhbərlərimizə möhkəm iradə, səbir və can sağlğı arzu edirəm .

– Biz DSD İB yi yaratmışıq. Sizcə dənizçilərimizə hansı istiqamətdə kömək edə bilərik? Yəni sən də daxil olmaqla  və dənizçilərimizin daha çox hansı qayğıya ehtiyacı var?

– Mən əvvəldən, ilk gündən DSD İB-nin yaranması münasibəti ilə sizləri təbrik etdim. Yenə də təbrik edirəm, bu çətin və şərəfli yolda sizə uğurlar arzulayıram.

Onu da bildirim ki, dənizçilərin həmişə qayğıya eytiyacı var. Dənizçilərin sosial şəraitini yaxşılaşdirmaq üçün, dənizçiyə lazımı, tələb olunan diqqəti və gördüyü işin müqabilində qiymət verilməlidir. Dünyada neft, qaz sahəsində çalışan şirkətlər öz dənizçilərini necə qiymətləndirirsə, bizim dənizçilərədə o diqqət, qiymət və əmək haqqı verilməlidir. Çünki, bizim dənizçilərimiz bütün dünya ölkələrinin dənizçilərindən savadlı, bacarıqlı, çətin işlərin öhdəsindən gələ bilən cəngavər mütəxəsisdirlər. Faiq bəy, bu məsələləri, sən və rəhbəri olduğun birlik üzvləri  bizdən də yaxşı bilirsiz, çünki siz də bizimlə bir cəbhədə döyüşürsüz. Bir dənizçi olaraq sənin də, Hüseyn müəllimin də  təcrübəniz az deyil. Səni mətbuat işçisi kimi də yaxşı tanıyırlar. Dəfələrlə dənizçilərimizin social həyatından, onların əmək fəaliyyətindən maraqlı yazılar yazmısız.  Bu məsələlərdə də DSD İB olaraq dənizçilərə yardımçı olmağınızın böyük faydası olacağna əminəm. Ruhdan düşmək lazım deyil, hər işin başıanğıcı çətin olur, dedi-qodu baş alıb gedir. Sənin təcrübən və potriotluğunu köhnə dənizçilər bilir və düşünürəm ki, DSD İB doğurdan da dənizçilərimizin güvənc yeri olacaq.

 

– İlqar kapitan, xoş sözlərə görə bir daha təşəkkür edirəm və düşünürəm ki üzərimizə düşən məsuliyyəti dərk edərək, dənizçilərimizin etimadını qazanacağıq. İndi isə sağ ollaşaq, hazırda iş başındasız, inşallah sahildə görüşərik

– Faiq kapitan, sən çox sağ ol, həmsöhbət olduğunuz üçün sizə təşəkürümü bildirirəm.

Söhbətləşdi : Faiq Balabəyli

 

 

 

 

Share: