Kapitan Murad: Həyat məni dənizə daha da möhkəm bağladı

Müstəqil.Az saytının DSD İB-nin birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı AXDG QSC XDND-nin “Məmməd Süleymanov” gəmisinin kapitanı Murad Yusifovdur

-Murad, XDNDnin “Süleyman Məmmədov” gəmisinin kapitanısan. Gəncsən, Özünü necə hiss edirsən?

– Mənim ilk iş yerim elə XDND idarəsi olub. 27 yaşından kapitanam. Dənizçi olduqdan sonra ən böyük arzum gənc yaşlarından kapitan olmaq olub. Bu arzumun həyata keçdiyinə görə  həm də bu şərəfli və məsuliyyətli vəzifəni daşıdığım üçün qürur duyuram. Hazırda “Məmməd Süleymanov” gəmisinin kapitanıyam.

Köhnə dənizçilərdən eşitmişəm, deyərdilər ki, kapitan gəminin görən gözü, düşünən beyni,  döyünən ürəyidir. Bu həqiqətən də belədir.

– Kapitanı olduğun gəmi haqda nə deyə bilərsən?

– “M.Suleymanov” Elmi Tədqiqat gəmisi XDND-sinin tərkibində istismarda olan gəmilərdən biridir. Həcimcə kicik olsa da gördüyü işlərin böyükdür. Gəminin heyyət üzvü 14 nəfər, xüsusi personal isə 11 nəfərdir. “M.Suleymanov” Elmi Tədqiqat Gəmisi Xəzər dənizində bir çox işlər görür. Platformalarin koordinatlar qoyulması su altı kominikasiya xətlərinin çəkilməsi sualtı yerin 3 ölçülü şəkilə plana alinması, gəmilərə lövbər yerinin verilməsi, sonra isləri, sualtı kamera isləri, dəniz dibinin süxurlarından qurunt nümunələrinin goturulməsi, seosimastik profillərin çəkilməsi gəmimizin gördüyü işlərdəndir.  İki dəfə Müdafiə Nazirliyinin qəzaya uğramış qırıcı təyarəsinin axtarışında iştirak edib və işi dəqiqliyi ilə yerinə yetirib.

Demək istəyirsən ki, gənc də olsan kapitan vəzifəsində olmağın səndə xüsusi bir təkəbbür oyatmayıb da?

– Xeyir. Şükür Allaha təkəbburdən uzaq insanam. Məni tanıyanlar, bir kollektivdə işlədiyim insanlar bunu yaxşı bilir. Həmişə gəmi heyyətinin qayğısına qalıb, onlarla xoş vaxt keçirirəm.

Kapitan olmaq o demək deyil ki, nə istəsən edə bilərsən.”Kapitan” – bu gözəl adı daşıyan insan həqiqətən kapitan olmalıdır.

Dövlətin inanılmış, etibar edilmiş şəxsi təkəbbürlü deyil şərəfli və vicdanlı olmalıdır.

– Elə isə özün haqda oxuculara informasiya verərdin.

-.1987 ci-il yanvar ayının 24 –ddə Neftçala rayon Mirzəqurbanlı kəndində anadan olmuşam. Orta məktəbin 9-cu sinifini bitirmişəm. Ailəmiz böyük olduğu və imkansızlıq olduğu üçün Bakı şəhərinə gəlib işləyib ailəmə kömək etmişəm. Həm də oxumaq üçün çalışmısam. Azərbaycan Dövlər Balıq Sənayesi texnikumunun 11 aylıq gəmi sürücülüyü fakültəsin bitirib, hərbi xidmətə gedmisəm. Xidmətdən qayıtdıqdan sonra müəyyən yerlərdə işləmişəm. Dəniz məni həmişə özünə çəkib.

– Bəs dənizə maraq səndə hardan yarandı? Heç valideyinlərin demədi ki, çətin olar, evdən, sahildən uzaq düşəcəksən? Şəkindirmək istəmədilər ki?

-Mənim dənizə marağım, dəniz boyda arzularım elə beşikdən baslayıb. Çünki elə yerdə, elə ailədə doğulmuşam ki, həyatım dənizsiz ola bilməzdi. Evmizin qarşısından Kür çayı axırdı, arxasında Xəzər dənizi vardı. Ata nəslim neftçi, ana nəslim isə dənizçi olub. Mən belə mühitdə böyümüşəm. Bu peşəni secərkən valideyinlərin məni fikirimdən yayındırmayıb. Əslində atam çox dayaq durub, və deyib ki, bu peşə əsil kişi pesəsidir.

2007-çi ildən CRDNİ-də matros kimi işə düzəldim. Pillə-pillə irələməyə başladım. Həyat öz axarı ilə məni dənizə daha da möhkəm bağladı.

-O zaman səninlə “Dənizçi həyatı” layihəsində həmsöhbət olmağımızı xatırladıb, soruşuram; Dənizçi həyatı sənin üçün nədir?

– Dəniz həyatı mənim arzuladığım ən çətin, cəsurluq tələb edən, lakin, çətin olduğu qədər də şərəfli bir həyatdır.

Həmişə heyyətlə iclaslarda qeyd edirəm ki, bura bizim ikinci evimizdir. Biz ailəyik. Gəminin hər detalına belə hörmətlə yanaşmaq lazımdır. Dənizi qorumaq lazımdır. Gəmini qorumaq lazımdır. Cünki ömrümüzün yarıdan çox hissəsi burda keçir.

Dənizçilər dünyanın ən cəsur insanlarıdır, deyiblər. Görününr bu fikri sədləndirənlərin müşahidələri bu sözü deməyə imkan verirb. Yoxsa adam özü özü haqda bu sözü deməz ki. Dənizçi həm də ən təmiz və səliqəli bir sahənin adamıdır.

Biz bu çətinliyə alışsaq da ailələrimiz daha çox çətinlik cəkir. Daima gözləri yolda həyəcan içində olurlar.

Perespektivində nəyə hədəflənmisən? Elə kapitan kifayətlənəcəksən?

– Əgər əsgər general olmaq arzusunda olmasa ondan yaxşı  əsgər olmaz. Mən ilk öncə daha da yaxşı kapitan olmaq istəyirəm, istəyirəm ki, mənə əməyimə, görəvimə düşən işin öhdəsindən gəldiyimə görə hörmət etsinlər. Gerisini gələcək göstərər.

-Sənin gənc olmağından irəli gələn hansısa qısqanclıqla qarşılaşmamısan ki?

– Əlbətdə əvvəllər bu halla qarşılaşırdim. İndi hər şey öz axarında davam edir. İnsanlar zaman keçdikcə bir birinə bağlı olur, tanıyır, arada olan anlaşılmazlıqlar aradan qalxır, ürəklərdəki bəzi həsəd hissləri yeni, xoş hislələ əvəzlənir.

Dənizçilərimizin bu günki durumu səni qane edirmi?

– Bizim dənizçilər dünyada öz sözlərini demiş dənizcilərdir.

Son illər Azərbaycanda dənizciliyə maraq daha da artıb. Cənab Prezidentimiz İ.Əliyevin gəmiçiliyə yatırdıqı sərmayələr, gənclərə verdiyi dəstək və sədirimiz R.Vəliyevin, İRX rəisi Sevda xanımın bu siyasəti dəstəkləməsi, gənclərə dəstək olmasının nəticəsidir ki, donanmada gənc nəslin sayı artir və gənclər peşə bacarıqlarını daha da yaxşı inkişaf etdirirlər. Dənizcilərimiz demək olar ki, müasir texnologiyadan asanlıqla istifadə edirlər.

-Kapitan olaraq idarədən hansısa tələblərin olur, əlbəttə gəminin daha işlək vəziyyətdə olması üçün, hər hansı sa maneə, gecikdirmə olmur ki?

-Kapitan olaraq əlbətdə elə vəziyyətlər olur ki, rəhbərlikdən nəyisə tələb edirik. Rəhbərlik də o məsələni aradan qaldırılmasında bizə kömək edir. Bilirsiz, bu kollektivdə hərə bir yerə zərbəni vurmalıdır. Bu istiqamətdə işlərimiz daha yaxşı gedəcəyinə ümüdliyəm.

– Ümumiyyətlə, rəhbərlikdən razısanmı, onların dənizçi və dənizə münasibəti necədir?

-Əlbətdə razıyıq. Allah hamsına can sağlığı, uzun ömür versin. Onlarən da əksəriyyəti dənizçi  olub. Ona görə də bizi də, dənizi də sevirlər.

– Bəzən dənizçilərimiz sosial durumlarından şikayət edirlər, sən səlahiyyət sahibi olsaydın daha nə edərdin və necə edərdin?

-Mən hələki o səlahiyyət sahibi deyiləm ona görə də bu suala cavab verə bilmirəm.

Murad, sənə və kollektivinə uğurlar arzulayıram

-Mən də öz adımdan, kollektivim adından sizlərə öz təşəkkürümü bildirirəm. Ulu tanrıdan sizlərə uzun ömür can sağlığı arzu edirəm.

Söhbətləşdi: Faiq Balabəyli

 

.

 

 

 

 

Share: