Kapitan Nazim Heydərov : – Bu o demək deyil ki, yüzlərlə dənizçinin əməyi yerə vurulsun

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstə İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin bu dəfəki qonağı “AXDG” QSC XDND idarəsinin “Sumqayıt” yedək təchizat gəmisinin kapitanı Nazim Heydərovdur

-Nazim kapitan, sizinlə Müstəqil.Az saytının “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin birgə hazırladığ  “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq. Əvvəlcə ondan başlayaq ki, koronovirusla bağlı iki aylıq dəniz növbəsi sizi yormur ki?

– Yox, əlbəttə ki, bütün bəşəriyyəti ağuşuna alan Koronovirusla əlaqədar iki aylıq dəniz növbəsi məni yormur.  Yəqin ki, üzümüzə gələn  növbə bir aylıq olar. Düzdür, çətindir, amma bu bəladan qurtulmaq, yoluxmamaq üçün nə lazımdırsa, rəhbərlik nəyi necə məsləhət görübsə, onunla da getməliyik.

Layhəmizin adından da məlumdur ki, söhbətimizdə dənizçilərin sosial şəraitindən, yaşamından, peşə fəaliyyətindən bəhs edəcəyik. Dənizçi həyatı dedikdə nələr başa düşülür?

– Dəizçi həyatı çətin, çətin olduğu qədər də məsuliyyətli bir həyatdır. Mənim həyatımın çox hissəsi dənizdə keçib. Başqa yerdə olan da darıxdığım vaxtlar da olur, əlbəttə dənizçi dostlar, gəmi, gördüyümüz işlər üçün.

– Bəlkə özünüz haqda da qısaca da olsa oxucularımıza məlumat verəsiz…

-1963 ci ilin may ayında Laçın rayonunda anadan olmuşam. Ailəliyəm, iki övladım var.1980-1983 Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbində təhsil almışam.1984-2011 XDND işləmışəm.1994- cü ildən kapitan vəzifəsində çalışmışam. 2011-2013-cü illərdə CMS şirkətində gəmi kapitanı vəzifəsində işləmişəm. 2013-2017-ci illərdə isə Qazaxıstanda “Caspian main port” komponyasının gəmilərində kapitan olmuşam. 2018-ci ildən yenidən AXDG QSC-nin XDND idarəsindəyəm. Hazırda“SUMQAYIT” gəmisinin kapitanıyam. Qısaca bu qədər…

-Bəs necə oldu dənizçi oldun, bu sahəyə maraq sizddə hardan əmələ gəldi?

– Mənim baxdıqlarım kino, oxuduğum kitablar məndə dənizdə maraq oyatmayıb. Dayilarım dənizçi idi. Onların dəniz həyatları mənim üçün maraqlı olub və onların məsləhəti ilə mən də həvəslənib bu sahəni seçdim.

-XDND idarəsində artıq təcrübəli dənizçilər sırasında möhkəmlənmisiz. Donanmamızın sizi qane etməyən tərəfləri varmı? Yəni hansı təklifləriniz olar ki, ümumi işimizin xeyrinə olsun?

– Kadrlar Şöbəsinin Gəmiyə göndərdiyi işçilər Kapitan ,Baş mexaniklə razılaşdırılsa, düşünürəm işimizin xeyrinə olar. Bəzən göndərlən kadrların həmin gəmilərdə işləməsi çətin olur, öyrənənə qədər də vaxt keçir.  Düzdür, biz də dənizə gəldiyimiz ilk günlərdə hər şeyi bacarmamışıq, öyrədiblər, öyrənmişik. Amma kadrlar və başqa şöbənin işçiləri seçim etməyi bacarırdı.

-Rəhbərliklə münasibətlər necədir? Sözssüz verilən tapşırıqlar həyata keçirilməlidir. Bəs olurmu ki, daima dənizdə olan, dəniz şəraitində işləyən kapitan kimi nəyə görəsə öz təklifinizi verəsiz, və bu nəzərə alınmaya?

– Rəhbərliklə münasibətim yaxşıdır. Bizim işimiz öhdəmizə düşən işi görmək, verilən tapşırığa əməl etməkdir. İşimizin adı budur. O ki, qaldı təklifə, təklif verənlər, işi səmərəli görmək istəyənlər var və çox düzgün də qərar verirlər. Amma təklifimi indi sizin vasitənizlə vermək istəyirəm. Çox istərdim ki, fırtınalı havada Neft-qaz çıxartma yataqlarında növbə çəkən gəmilərin heyətinin əmək haqqıları yüksək olsun.

-Əslən Laçındansız. Dəniz səviyyəsindən min metrlərlə yüksəklidə doğulmusuz. Dənizdən o yüksəkliyə can atırmısız. Laçını xatırlayanda nə düşünürsüz?

– Bəli Laçınlıyam. Doğma torpağıma qayıtmaq arzusundayam və torpaqlarımızın azad olunmasında iştirak edib murdar düşməni qovub və qalan ömürümü Laçında keçirmək istəyirəm. İnanıram ki Allah mənə o şansı verəcək.

-AXDG QSC-nin dünya Gəmiçiliklri sırasında möhkəmlənməsi, gəmilərimizin xarici sularda müvəffəqiyyətlə yük daşımaları etməsi ürək açandır. Kapitan olaraq, daha nələri arzulardız?

– Biz şalışırıq ki, dənizçi olaraq gəmilərə verilən işlərin öhdəsindən layiqincə gələk, tapşırıqları yerinə yetirək və  yetirirk də. İnşallah, yəqin ki, dənizçilərin əmək haqqılarının artırılması arzulıarımız da gerçəkləşər.

-Nazim kapitan, sizinlə düz 30 il qabağa qayıtmaq istərdim. Məlumdur ki söhbət qanlı 20 yanvar faciəsindən gedir. O zaman hansı gəmidə idiz?

-1990- cı ilin 20 yanvar harisələri zamanı  “Neftqaz-30” gəmisində Kapitanın Baş köməkçi vəzifəsində çalışırdım.

– Bilirsiz, 20 yanvar hadisələrindən illər keçsə də bu mövzu heç vaxt köhnəlmir. Gələcək nəsillər üçün bir örnək, qəhrəmanlıq sahəsidir. Deyin, o günlər bu günə qədər həqiqət olaraq çatdırılıbmı? Dəfələrlə faciəmizin şahidi olanlar, gəmilərdə ölümün gözünün içinə dik baxanlar hadisələrin işıqlandırılmasından narazı olduqlarını dilə gətirirlər. Siz necə düşünürsüz?

– Bu barədə danışmaq mənə bir qədər çətin gələcək. Ona görə ki, bu hadisələr tam və dəqiq çatdırılmır. Düzdür, hadisəlr haqda kitablar yazılır, televiziya verlişləri olur, məqalələr yazılır, amma yenə də deyirəm tam dolğunluğu əks etdirmir. Elə sizin onlarla məqaləniz, bir kitabınız var, şox şeylərdən bəhs olunur, lazımlı kitabdır və bilirik ki, o hadisələrlə bağlı yeni bir kitab da yazırsız. Hər iki kitabınızda haqqımda bəhs olunur, sağ olun. Dediyim odur ki, 20 Yanvar hadisəsində gəmilərdən əsir götürülmüş dənizçilər SSRİ-nin həsxanalarında cəza çəkmişdi, onlara işgəncə verilmişdi. Hər ilin 20 Yanvar günü cəza çəkən dənizçiləri TV – lərdəki verilişlərə çağıra bilərlər. Onların da fikirlərini öyrənə bilərlər. Amma hər il eyni adamlar efirə çıxıb danışır. Yəqin narazıçılıq da oradan yaranır. Bilirsiz, kimisə yaşlı nəsldən olduğuna görə, məsləhət olub ki, efirdə onlar danışsın, gənclər onları eşitsin, bəziləri lap məcburiyyət qarşısında olub. Bu o demək deyil ki, yüzlərlə dənizçinin əməyi yerə vurulsun, onlar təşkilatçı kimi ortaya atılsın. Kim də bilməsə siz bunları yaxşı bilirsiz axı. Mən özüm canlı şahidəm də. Bir ay ССRİ Müdafiə Naziri Yazovun əmri ilə Ulyanovsk şəhərindin komendaturasında saxlanılmışam. Siz ki bunları qeyd etmisiz, bilirsiz.
Demək gileyiniz hardasa düzgün deyil, unudulmamsız…

-Bilirsiz, mən heç özümü nəzərdə tutmuram. Axı bu boyda hadisə 4-5 nəfərin hünəri deyildi. Aşığını deyəcəm, mən ürəyimin, vicdanımın şağrışı ilə Bakı buxtasında olmuşam. Kapitanı rus olan gəminin baş köməkçisiydim. Bu bizim vətənpərvərliyimizdən irəli gəlirdi. Biz dənizçilərin vətənpərvərlik hisslərini gəmini yiyəsiz qoyub gedən kapitanların adına yazılması yaxşı hal deyil.

– Demək siz də düşünürsüz ki yüzlərlə dənizçinin etdiklərini 3-4 nəfərin öz adına çıxması halı var? Onların təşkilatçı kimi təqdim olunması həqiqəti əks etdirmir?

– Əlbəttə mən tərəfdən bəyənilmir. Dedim axı, burda yüzlərlə dənizçi olub, hamı eyni fikrin, ideyanın daşıyıcısı olub. Düzdür, hər kəs efirdən asılıb qala bilməzdi. Mövlud Əliyev, Murad Əliyev… bunlar gəmilər arasında əlaqəni yaradırdı. Ağsaqqallar vardı ki, müxtəif inistansiyalarda görüşlərə göndərilirdi… Lap yaxşı, amma bu o demək deyildi ki, bütün dənizçilərin haqq etdikləri qəhrəmanlıq özünü qəhraman edən bir nəfərin diqtəsi ilə paylaşdırılsın.

Nazim Kapitan, məlumunuzdur ki, bizim təzə dövlət qeydiyyatından keçirdiyimiz Dənizçilərə Sosial Dəstək İctimai Birliyi adlı təşkilatımız var. Bu QHT-nin fəaliyyətini bir rəhbər dənizçi olaraq necə görürsüz? Biz nə etməliyik ki dənizçilərimizə dəstək ola bilək?

– DSD ictimai birliyi adlı təşkilat haqqında məlumatım var. Mətbuat və feysbuk səhifəsində işləri haqda bəhs olunur. Amma, inşallah pondemiya bitsin, sərbəst toplaşma mümkün olsun, elan edib toplantı keçirmək lazımdır ki, fikirlərimizi də öyrənəsiz

Müsahibəyə görə təşəkkür edirəm,vaxt ayırdığınıza görə çox sağ olun

-Siz sağ olun, az da olsa suallarınızı cavablandırım. Mən də sizə və redaksiyanıza təşəkkür edirəm.

Söhbətləşdi: Faiq Balabəyli

 

Share: