Müstəqil.Az-ın “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi ilə birgə hazırladığı “Dənizçi Həyatı” layihəsinin bu dəfəki qonağı Səudiyə Ərəbistan Kralıəında, Rawabi Vallainz şirkəində gəmi Kapitan olan Səyyar Quliyevdir.
– Səyyar bəy, necəsiz? Çoxdandır görünmürsüz.
– Çox sag olun, şükür Allaha. Dostlar yaxşı olsun, yaxşıyam. Çoxdan deyəndə ki, bəli xeyli vaxtdır Vətəndən uzaqdayam. 2009- cu ildən 2015 ilə qədər Birləşmiş Ərəb Əmirliklərində, 2015 –ci ildən isə bu günə kimi Saudiyə Ərəbistanında çalışıram.
– Sizinlə oxucuları daha yaxından tanış edək.
-Sizin oxucularınızın böyük əksəriyyəti məni tanıyır. Dənizçi dostlar, və oxucu kontinengentiniz tanışdır, əlbəttə əksəriyyəti virtual olaraq. Yenə də olsun. 1968-ci ildə Masalll rayonun Türkoba kəndində anadan olmuşam. Uşaqlığım bu kənddə keçib, orta məktəbi bitirmişəm və əsgər getmişəm. Sonra da ki, məlumdur.
–Bəs dənizə maraq hardan yaranıdı?
– 1986-cı ildə hərbi xidmətə gedərkən bir dostum məni “Partovoy- 62 gəmisinə qonaq kimi apardı. Qazaxlı Kapitan Elman var e, yaxşı tanıyarsız. İndi də işləyir. O, mənə görə gəmidə gözəl bir qonaqlıq verdi və dənizçilərin dostluğunu gördüm, onların mehribanlığı mənə valeh elədi. Və özümə söz verdim ki hərbi xidmətdən sonra dənizçi olacam və oldum da. Hal – hazırda Səudiyə Arabistan Kralıgında Raşabi Vallainz şirkəində Kapitan olaraq çalışıram.
– Səyyar bəy, vətəndən uzaqda çalışırsız, darıxmırsız ki?
– Doğrudur, Vətəndə uzagda çalışıram. Amma darıxmaq desəm, dogru olmaz. Bu mənim Peşəmdi. Sahildə olanda isə əlbəttə dənizsiz daıxıram desəm, səmimiyyətimə şübhə etməyin,bu daha dogru olar. Çünki Vətənə qayıdanda da həftənin ən azı 5 gününü Gözəl Bulvarımıza gedib istirahət edirəm. Xəzər dənizinə baxdıqda rahatlıq tapıram.
–20 yanvar hadisələri yada salaq. Hadisələr vaxtı aktiv idiz. Həbs dəolundunuz. Bu haqda danışmağınızı istərdimr.
– Faiq kapitan, 20 yanvar hadisələrində tək mən yox, demək olar ki, XDND-nin bütün dənizçiləri aktiv iştirak edib. Mən də “Atlet-9” gəmisində matros idim. Kapitanım da Sahman Rustəmov idi. Bu, dənizçilərimizin simasında Azərbaycan xalqının qan içən orduya qarşı birləşərək mübarizə aparmağın bariz nümunəsi idi.
–Hadisələr zamanı dənizçilərimizin bütünlüklə hər birinin hansı təklifi var idisə dinlənilir və müzakirə olunur, məqsəduyğun olanlardan yaralanılırdı.Sizin işlədiyiniz gəminin də efirdə təklifləri eşidilirdi.
-Çox düzgün buyurusuz. Siz o hadisələrin nəinki şahidi, həm də ən aktivlərindən idiz. Tariximizin o anlarlarında dənizçilərlə bağlı yazılan səlnaməni də siz yazmısız və yenədə araşdırma aprırsız.Dənizçi dostlarım bilir, təkrar olmasın, yaddaş yenilənməsi üçün deyim, Radio -efirdə Talış dilində gəmilərnən əlaqə qurmaq mənim ideyam, təklifim idi. Bu haqda Kapitana dedim və onun icazəsiynən bu təklifi müzakirəyə çıxardıq. Məhz bundan sonra gəmilər arasında talış dilində əlaqə yardıldı ki, Rus hərbiçiləri bizi başa düşməsin. Bunun effekti çox yaxşı oldu.
-Həbs olunanların içində siz də vardınız.
– Elədir, mən də bir çox dənizçilər kimi Ekstirmist adıynan turulub Ulyanovsk şəhərinə sürhgün edilərək aparıldım. 30 gün guya ki, asayişi pozduğumuza görə həbs olunduq . Bu haqda çox danışmaq mənə düşməz, çünki orada mənimlə bir çox kapitanlar, dənizçilər vardı. Onu deyə bilərəm ki, hər biri təsdiq edərlər biz Bakı Buxtasında tutulanda hamımız elə bilirdik bunun sonu ölüm olacaq. Amma hamımız bir idik və heç birimizdə qorxu deyilən bir şey yox idi. Mən Denizçilərin, ümumiyyətlə Azərbaycan xalqının yenilməz qururunu o zaman gördüm.
– Ağrılı günlər idi, şükürlər olsun ki, ölkəmiz müstəqilliyini qazandı. Xaricilərə bu günləri, xalqımızın, dəniçilərimizin qəhrəmanlıından bəhs etmisizmi?
-Düz deyirsiz agır günlər idi. Şükür olsun, indi Müstəqilimiz var, üç rəngli bayrağımız Dünyanın ən Gözəl Bayrağıdır. Bəli Hər defə işə çıxanda heyyətə bizim qəhraman ailə kimi bir olan Azəri Dənizçilərdə, və Xəzər Dəniz Neft Donamasından danışıram. Bu mənə qürur verir. Sevinirəm ki, ölkəmizi haqqında kimlərəsə məlumat verirəm, tanıdıram, az da olsa nəsə edirəm. Vətən müharibəsindəki qələbəmizin gətirdiyi sevinci isə bütün Əmirliyin dəniz sularında yaşada bildik.- Ümumiyyətlə ölkəmizlə, apardığımız haqq savaşı ilə bağlı sizdən məlumat alırlarmı?-Əlbətdə soruşanlar olub, dediyim kimi, bacardıgım qədər başa salıram olanları, bizə qarşı olan haqsızlıqları. Tarixi Düşmənlərimiz olan işgalçı dövlətlər adlarını deyirəm. Ən çox Cənubi Azərbaycandan, Simalda Dərbənd haqda onlara çatdırıram. Hər ksə bildirirəm ki, bu torpaqlar bizim əzəli torpaqlarımızdı.
– Qayıdaq dənizə. Xəzər dənizi sizin həyatınızda, dənizçi kimi püxtələşməyinizdə mühüm rol oynayıb. O günlər haqda nələr danışa bilərsiz.
– Bu sual ən ürəyimdən keçən bir sual oldu. Faiq, biz demək olar həmyaşıdıq. Mən 1988 – ci ildə ilk dəfə Dənizə işə çixdıgım gəmi Svyaqa gemisi olub. Bəlkə də sizin yadınızdan çıxmış olar. Mən gəmiyə 1- ci gün gələndə kapıitanın qəbulundan sonra sizinlə görüşdük, tanış olduq. Yadımdan heç çıxmaz, mənə yaxşı tövsiyələriniz oldu. Çox sag olun, var olun. O zmandan çox yaxşı dənizçilərlə tanış oldum, onlardan gördüm – götürdüm. İndi də fəxr edirəm ki, mən elə dənizçilərlə işləyib, özüm də peşakar olmuçam. Dənizçi Oxucularından qoy heç kim incəməsin məndən, ən çox hörmət gördüyüm, bir insan kimi insan, Kapitan kimi kapitan var. Allah ona can sağlığı versin. Mövlud kapitanı deyirəm, Mövlud Əliyevi. Bax onunla şalışan hər bir dənizçi, inanıram ki, ondan çox şey öyrənib, ən əsas da İnsanlığı. Xəzər Dəniz Neft donaması, özünüz də təsdiq edə bilərsiz ki, dostluq, bütövlük, qəhrəmanlıq rəmzidir
– Səyyar kapitan, nə incimək, həqiqəti deyirsiz. Dononmamızda çox böyük hərmət, ləyaqət sahibi olan insanlar var idi ki, onlar bir nümunə, məktəb idi. O ki, qaldı Mövlud kapitana, mən sizinlə tam razıyam. O sözün həqiq mənasında dediklərinizi özündə ehtiva edən insandır. Bir halda ki, keçmişə döndük, deyin, dənizçi kimi daha hansı xatirələriniz var? Yadda qalan, xoş xatirələrlə söhbətimizə rəng qata bilərsiz.
– Xatirələr çoxdur. Bəzi xatirələr yaşanan anda daha gözəl olur. İndi desəm də maraqlı olmaz. Bilirsiz niyə? Çünki bizlər dənizçilırin hamısının çox maraqlı hadisələri var. Mənim üçün ən maraqlı olan həzz və ləzzət aldığım dənizçilərin toyunda istirak etmək, bir yerdə olmaq çox maraqlı olurdu.
– Artıq yaşımız üstünə yaş, təcrübəmizin üstünə təcrübə gəlib, gənc dənizçilərə tövsiyyəniz nə olardı?
–Faiq kapitan, gənc denizçilərə tövsiyə verən, yol göstərən, şükür olsun ki sizin kimin kapitanlar var. Güclü heyyət də həmişə olub və olacaq Xəzərdə gənc dənizçilərə tövsiyə sizlərə düşər. Bircə onu deyərəm ki, daima öyrənsinlər, ixtisaslarına önəm versinlər, gənc dənizçilər gərək, dənizlə dostluq etməyi bacarsınlar
– Dənizçilərimizə nə arzulardız?
– Azərbaycan dənizçilərinə ən əsas can sağlığı arzu edirəm. Mənim dənizçi kimi gördüyüm Xəzər Dəniz Neft Donaması həmişə 1 nömrə olub. Dosluqda, möhkəmlikdə qoy həmişə tanınsınlar, həmişə bir olsunlar. Sizə də, Faiq dostum, işinizdə uğurlar arzu edirəm. Yaratdığın təşkilat, gördüyün bu iş, çox böyuk bir işdir. Yəqin ki İnşallah bu Birlik daha da böyüyüb təsir dairəsi də möhkəm olacaq. Doğurdan da dənizçilərin sosial qayğıya, diqqətə ehtiyacı var. İnanıram ki, bu istiqamətdə rəhbərliklə dənizçilərin arasında əlaqələri daha da möhkəm edə biləcəksiz, onların problemlərini diqqətə çatdıracaqsız.
-Səyyar kapitan, zatən bizim amacımız budur. Müsahibəyə vaxt ayırdığınıza görə sağ olun.
-Siz, sizin komanda sag olsun ki, məni yada saldınız, Vətəndən uzaqda məni həmvətənlərimə qonaq çağırdız.
Söhbətləşdi: Faiq Balabəyli