Kapitoli polis rəisi: “Yenidən hücum ola bilər”

Kapitoli polis rəisi: “Yenidən hücum ola bilər”

“ABŞ Konqresinə 6 yanvar 2021-ci ildə baş verən hücum təkrarlana bilər. Lakin hüquq-mühafizə orqanları potensial hücuma hazırdır”.

Bunu Kapitoli polis rəisi Tomas Mencer yaydığı yazılı açıqlamada qeyd edib.

Mencer ilk növbədə Amerika qanunverici orqanının qorunmasına cavabdeh olan müstəqil federal hüquq-mühafizə orqanına rəhbərlik edir.

“Hazırda mövcud olan təhlükəli mühit, xüsusən də seçilmiş məmurlara qarşı ola biləcək təhlükə daimi və yüksək sayıqlıq tələb edir. Biz Konqres üzvlərini, Kapitoli kompleksini və qanunvericilik prosesini qorumaq üçün mümkün olan hər şeyi edəcəyik”, – deyə Tomas Mencer qeyd edib.

“Ölkəmizdəki qütbləşmiş vəziyyət fonunda 2021-ci il yanvarın 6-da məruz qaldığımız hücum yenidən başlana bilər. Belə bir hadisə baş verərsə, biz hazır olacağıq”, – deyə polis rəisi əlavə edib.

Onun sözlərinə görə, son illər hüquq-mühafizə orqanları öz işlərində “əhəmiyyətli irəliləyişlər” nümayiş etdiriblər.

Mənbə: TASS

Share: