Karlo Ançelotti məhkəmə qarşısına çıxarılacaq

Karlo Ançelotti məhkəmə qarşısına çıxarılacaq

“Real Madrid” futbol klubunun baş məşqçisi Karlo Ançelotti məhkəmə qarşısına çıxarılacaq.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, 400 min avro vergi fırıldaqçılığı ilə ittiham edilir.

Qeyd edək ki, Ançelotti 2021-ci ildən “Real Madrid”də işləyir. O, İspaniya çempionatında komandanı qələbə ilə idarə edib. Çempionlar Liqasında Karlo Ançelottinin yetirmələri yarımfinala yüksələ biliblər. 


Share: