Taker Karlsonun Rusiya prezidenti Vladimir Putinlə müsahibəsi ABŞ-də Ukraynaya verilən dəstəyə təsir etməyəcək.
-nın məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Qeyd edək ki, amerikalı jurnalist Taker Karlson “Instagram” sosial şəbəkəsində onun Rusiya prezidenti Vladimir Putindən necə müsahibə aldığını əks etdirən ilk fotonu yayıb.
Müsahibə Kreml binasındakı nümayəndəlikdə çəkilib. Taker və Putini üzərində bir stəkan su və ağ termos olan kiçik masa ayırır. Hər ikisi kostyum geyinib.