Hüsame Bin Sərxan
Düz bir ay əvvəl Cəlilabad rayonunun Qarazəncir inzibati-ərazisində karonogen vəziyyətin heç də ürək açan olmadığı barədə yazmışdım.
Hətta buna görə müəyyən qınaqlarla üzləşmişdim. Üstündən düz bir ay keçməsinə baxmayaraq, ərazidəki karonogen durum xeyli dərəcədə pisləşmiş, COVİD-19-a yoluxanların sayı azalmaq əvəzinə, daha da artmışdır.
İstər-istəməz cox saylı cavabsız suallar yaranır: doğurdanmı səbəb odur ki, əhli-Qarazəncir karonavirusun varlığına daha çox inanır, yaxud yerli həkim personalına inam və etibarın itirmək istəmir?
Axı əslində rayonun bütün kənd və ərazilərində virus at oynatmaqda davam edir. Belə olan təqdirdə nədən rayonun Qarazəncir-Ocağlı kəndləri Cəlilabad idarəçiləri və başbilənləri tərəfindən ölkənin Uhanı elan edilərək sonu bəlli olmayan duruma sürüklənir?
Nə baş verir?
12 avqust 2020-ci il tarixli yazımda olduğu kimi, bir daha təkrar etməyə məcburam ki, rayonun bütün dağ və dağətyi ərazilərindən qovulan virus Qarazəncir inzibati dairəsinin düzəngahlarına endirilir.
Nə baş verir?
Məqsəd nədir?
Bəlkə Qarazəncir-Ocağlı kəndləri gizli “antitell” istehsalı labaratoriyalarına çevrilir?
Söz yox ki, artıq bir-neçə gündür rayon İH başçısının tələb və təşəbbüsü ilə ərazidə sərt və ciddi tədbirlər həyata keçirilir.
Ocağlı ərazisində aparılan dizinfeksiya işləri, polisin və yerli qurumların fəaliyyəti nəticəsində dünəndən etibarən vəziyyət stabilləşməyə doğru inkişaf edir.