Hazırda dünyada əksər hakerlər çin dilində danışırlar.
Bu barədə “Kaspersky Lab” şirkətinin rəhbəri Yevgeni Kasperski bildirib.
Ekspertin sözlərinə görə, bu sahədə ən populyar dillər arasında ispan və portuqal dilləridir. Rus dili dördüncü yerdədir, daha sonra isə siyahıda ingilis və türk dilləri gəlir.
Kasperski qeyd edib ki, kibercinayətkarlar hər gün daha da peşəkarlaşır, “daha təkmilləşmiş, daha pis” olurlar. Onlar bir-biri ilə ünsiyyət qurur və əsl dəstələrdə birləşirlər.
Qeyd edək ki, hazırda “Kaspersky Lab” 900-ə yaxın layihəyə nəzarət edir.
Mənbə: gazeta.ru