Xəbər verdiyimiz kimi, bu gün Tatarıstanın paytaxtı Kazan şəhərində 175 saylı gimnaziyaya silahlı hücum olub.
Müstəqil.Az xəbər ki, hadisə nəticəsində 9 nəfər ölüb, 21 nəfər yaralanıb. Həlak olanların 7 nəfəri uşaq, 2 nəfəri isə müəllimdir. Hadisəni törədən gimnaziyanın məzunu, 19 yaşlı İlnaz Qalyaviyev saxlanılıb. Gimnaziyaya basqın etməmişdən əvvəl o, teleqram kanalı yaradaraq öz şəklini paylaşıb və dünyanı insanlardan azad edəcəyini yazıb.
Hüquq mühafizə orqanlarının məlumatına görə, İ. Qalyaviyevin hadisə zamanı istifadə etdiyi silah rəsmən onun adına qeydiyyatda olub. Mayın 12-də Rusiya Dövlət Duması silah satışı haqqında qanun layihəsini müzakirə edəcək, silah satışına lisenziya verilməsi prosedurana yenidən baxılacaq.