Keçəllik tarixə qovuşur: Artıq laboratoriyada saç yetişdiriləcək

Keçəllik tarixə qovuşur: Artıq laboratoriyada saç yetişdiriləcək

Yaponiya alimləri saçları laboratoriya şəraitində inkişaf etdirməyə nail olublar.

Yokohama Milli Universitetinin alimləri siçanların embrion dəri hüceyrələrindən saç folekullarını inkişaf etdirə biliblər.

Elm adamları epiteli və mezenximal adlı iki hüceyrə tipinə nəzarətlə bu kəşfi həyata keçiriblər.

Qeyd edək ki, epiteli hüceyrələri bədəndə, dəridə, damarlarda və orqanlarda olur. Mezenximal hüceyrələr sümük iliyində olur və skelet toxumalarının sağalması üçün kritik əhəmiyyətə malikdir.

Kök hüceyrənin siçana köçürülməsindən qısa müddət sonra çoxlu sayda saç folekulu əmələ gəlib. Bu transplantasiya effektini 100 faiz göstərib .

Alimlər saçın təxminən 23 gündə 3 millimetrə çatdığını da bildiriblər.

Əlavə edək ki, təcrübə hələ insanlar üzərində sınaqdan keçirilməyib.

Mənbə: T24

Share: