Keçmiş “first lady” həbs edildi

Qvatemalaya 2008-2012-ci illərdə rəhbərlik etmiş Alvaro Kolom Kaballerosun keçmiş həyat yoldaşı Sandra Torres həbs edilib.
Müstəqil.Az bildirir ki, Qaynarinfo BBC-yə istinadən bu xəbəri verib. Belə ki, ötən ay baş tutan prezident seçkilərində iştirak edən keçmiş “first lady” seçki kampaniyasında qanun pozuntusuna yol verib. S.Torres kampaniya üçün edilən yardım və dövlət fondundan başqa məqsədlər üçün istifadə etməkdə ittiham olunur.
Qeyd edək ki, Milli Ümid Partiyasının namizədi olan Sandra Torres seçkinin 2-ci turunda 41% səs əldə edərək 58% qazanan Alexandro Ciammateyə məğlub olub.
Müstəqil.Az
Share: