Keçmiş “Spice Girls” filmdə çəkiləcək

Keçmiş “Spice Girls” filmdə çəkiləcək

“Spice Girls” qrupunun keçmiş üzvü Cerri Hollivel kompüter yarışı oyunu “Gran Turismo” barəsindəki filmdə rol alacaq.

Kino sahəsində kifayət qədər təcrübəyə malik olan ifaçı üçün bu layihə son bir neçə ildə ilk olacaq.

Qeyd edək ki, avtoyarış mövzusu aktrisa üçün tanışdır. Belə ki, o, 2015-ci ildən bəri “Red Bull Racing” Formula 1 komandasının rəhbəri Kristian Hornerlə evlidir.

Filmin rejissoru “9-cu Rayon” dramı ilə tanınan Nil Blomkamp olacaq.

Ekran əsərinin premyerası 2023-cü ilin yayın sonuna planlaşdırılır.

Mənbə: gazeta.ru

Share: