Keçmiş xanəndə Vəli Səfərov naxçıvanlılara toy tutur.
Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edilib ki, Naxçıvan Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, keçmiş xanəndə Vəli Səfərov absurd iməciliklər keçirir. Onun bu əməllərindən təngə gələn şikayətçilər deyirlər ki, Vəli Səfərov aşağıda qeyd edilən absurd və necə deyərlər əndrabadi tapşırıqlar verir:
– Ağacların üzərindəki qarışqaları öldürün
– Güllərin üzərindəki tozları təmizləyin
– Daşları laklayın
Bundan əlavə, şikayətçilər deyir ki, Vəli Səfərov aparatın işçilərini öz evində də işlədir. O, hətta xadimələri siqaret almağa göndərir.
Məlumata görə, Vəli Səfərovun bu iməcilikləri nəticəsində əzilən, yaralanan, allergiya olan onlarla işçi var.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MÜSTƏQİL.AZ