Kevin Medinanın son durumu AÇIQLANDI

Kevin Medinanın son durumu AÇIQLANDI

“Qarabağ”ın zədəli futbolçusu Kevin Medinanın son durumu müəyyənləşib.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında bildirib ki, kolumbiyalı müdafiəçi ən azı bir ay meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, Medina Çempionlar Liqasınının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la oyunları, eləcə də qarşıdakı pley-off matçlarını (ÇL, və ya Avroliqada) buraxacaq.

Medina nəzərdə tutulan bir ay ərzində təkrar müayinədən keçəcək.

Xatırladaq ki, Kevin Medina ÇL-in 2-ci təsnifat mərhələsində “Sürix”lə səfər matçında zədələnib.

Müstəqil.Az

 

Share: