AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VII Qrant müsabiqəsinin qalibi olan və Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəb tərəfindən icra olunan “Khan Academy Lənkəran təhsilində” layihəsi üzrə növbəti fəaliyyətlər həyata keçirilməyə başlamışdır.
Onlayn öyrətmə platforması Khan Academy, onun ibtidai siniflər üçün əhəmiyyəti, ondan peşəkar istifadə, sürətli riyazi hesablamanın motivasiyasına aid maarifləndirici sosial çarx (https://www.youtube.com/watch?v=XTkgnacyUpM&pp=ygUVS2hhbiBBY2FkZW15IExhbmthcmFu) çəkilmiş və internet resurslarında yerləşdirilmişdir.
Təlim almış müəllimlərin və şağirdlərin praktik dərsləri üçün Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbi və S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbi üçün layihə çərçivəsində planşetlər və digər texniki vəsaitlər (qulaqlıq, modem) alınmış və qrafikə uyğun praktik məşğələlərə başlanmışdır.
Layihə və onun fəaliyyətlərinin bütün mərhələləri sosial media, şəbəkələr və digər internet resurslarında requlay yayılmaqdadır.
Sonda layihə iştirakçılarının davamlı şəbəkəsinin qurulması da nəzərdə tutulur.