Türkiyədə keçirilən prezident seçkilərində qələbə qazana bilməməsindən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu yeni açıqlaması isə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, o, Türkiyə televiziyalarının birində seçkinin nəticələrini ilk dəfə canlı yayımda dəyərləndirib.
K. Kılıçdaroğlu yekun nəticəni ağır məğlubiyyət kimi qəbul etmədiyini bildirib:
“Düzdür, qalib gəlmədik, amma bunu ağır məğlubiyyət kimi ictimaiyyətin qarşısına çıxarmaq lazım deyildi”.