Cənubi Koreya mətbuatında Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı Li Sol Çjunun “yoxa çıxması” müzakirə olunur.
“Daily NK” nəşrinin versiyasına görə, qadın ağır xəstə və ya edam edilmiş ola bilər.
Kim Çen Inın həyat yoldaşı artıq 9 aydan artıqdır ki, “yoxa çıxıb”. Belə ki, Li Sol Çjun sonuncu dəfə yanvarın 5-də Pxenyanda mətbuat tərəfindən görüntülənib. Jurnalistlər onun yoxa çıxmasını ağır xəstəlik və ya Kim Çen In tərəfindən edam edilməsi ilə əlaqələndirirlər.
Qadının görünməməsi ilə bağlı daha bir versiya isə onun Kim Çen Inın yaşlı xalası Kim Qen Hiyə baxmağa göndərilməsidir.