Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu

Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu

Şimali Koreya lideri Kim Çen Inın qızı ilə birlikdə ölkənin müdafiə departamentinin bir sıra obyektlərində, eləcə də təlimlərdə çıxışlarından sonra çoxları varisin geyimləri ilə maraqlanıb.

Belə ki, məlumata görə, Kim Çen Inın 10 yaşlı qızı “Dior” brendinə məxsus gödəkçə geyinir və onun qiyməti nə az, nə çox, təxminən üç min dollardır. Gödəkçənin dəyəri fransız dəb evinin kataloqunda 2800 dollar qeyd olunub.

Bildirilir ki, Çje U Şimali Koreya liderinin ailəsində ortancıl uşaqdır. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Kim Çen In həyat yoldaşı ilə bir oğul və iki qız böyüdür.

Mənbə: mk.ru

Share: