Sözlər və fikirlər dünyanı dəyişə bilər! Düşüncəmizi dəyişək, insanları mühakimə etməkdən əl çəkək, uğurlarına sevinib, kədər və dərdlərinə şərik olaq.
İnsanları mövqe və imkanlarına görə dəyərləndirməyək, insan olduqlarına görə, insan olduqları üçün dəyərli olduqları üçün sevək.
Etdikləri səhvi hər addımda xatırladaraq başlarına qaxınc etmək ağıl sahibi insana yaraşan davranış deyil. Heç birimiz süddən çıxan ağ qaşıq deyilik.
Hamımızın az, ya çox, səhv addımı olub.
Özümüzün yanlışımızı da xatırlayaraq doğru yolu tapmaları üçün çətinə düşənə əl uzadaraq ağıl verməyək, hüzur verək.
Hamı haqqında pozitiv düşünərək evrənə pozitiv mesaj göndərək ki, pozitiv enerji olaraq da bizə geri dönsünlər.
Bəzi yazılarımda dediyim fikirləri bir də deyirəm. İnsanlarla aranızdakı məsafələri qısaldın.
Necə? Sizi sevənləri unutmayın və sevməkdən əsla və əsla vaz keçməyin!
Müəllif: Kemale Mecidova