ABŞ prezidenti Donald Trampın vəkili Rudi Culiani Şimali Koreya lideri Kim Çen İnlə bağlı qalmaqallı açıqlama verib.
Vəkil prezidentlərin iyunun 12-də Sinqapurda planlaşdırılan görüşü barədə bunları deyib:
“Tramp əvvəlcə görüşün ləğvi barədə qərarını açıqlayandan sonra Kim diziüstə çöküb yalvarmağa başladı. Biz də elə onu bu vəziyyətə salmağa çalışırdıq”.
Culiani Ağ Evin əvvəlcə Kim Çenlə görüşdən Pxenyan tərəfindən hərbi təhlükə gördükləri üçün imtina etdiyini bildirib: “Onlar bildirdilər ki, bizimlə nüvə müharibəsinə hazırlaşırlar və bizə qalib gələcəklər. Biz də belə şərtlər daxilində danışıqlar aparmayacağımızı bildirdik”. (Qafqazinfo)