Kiprdə futbol hakimləri ölkə çempionatının oyunlarını boykot ediblər.
Buna səbəb referilərdən biri – Menelaos Antoniunun anasına məxsus avtomobilin yandırılmasıdır. Hakimlər özləri və ailələri üçün təhlükəsizlik tədbirlərinin artırılmasını tələb ediblər.
Hakimlərin qərarından sonra Kipr Futbol Assosiasiyası ölkədə peşəkar səviyyəli oyunların qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb
Qeyd edək ki, bu ilin iyununda Kiprdə Hakimlər Komitəsinə məxsus qərargahda bomba partladılıb.
Mənbə: theguardian.com