Kirayə ev axtaran qadına ev sahibi əxlaqsız təklif irəli sürüldü

İngiltərədə kirayə ev axtaran qadına ev sahibi əxlaqsız təklif irəli sürüb.

Teleqraf.com xəbər verir ki, ev sahibi qadına aylıq 2 min manat kirayə pulu qarşılığında həftədə bir dəfə sekslə məşğul olmağı təklif edib.

Müxbir Sian Tomasın araşdırmaları zamanı bəlli olub ki, İngiltərədə evini cinsi əlaqə qarşılığında qadınlara kirayə vermək istəyənlərin sayı kifayət qədərdir.

Kirayə ev axtaran qadın cildinə girən jurnalistin restoranda ev sahibi ilə söhbətləri gizli kamera ilə qeydə alınıb.

Söhbətlərinin kamera ilə çəkildiyini başa düşən ev sahibi qadın jurnalistə görüntüləri yayımlamamaq üçün yalvarıb. Amma yalvarışlarının heç bir xeyri olmayıb.

Share: