Hazırda hər 5 cütlükdən biri sonsuzluq problemi yaşayır. Sonsuzluğun səbəblərinin müxtəlif olduğu deyilsə də, belçikalı mütəxəssislər ilginc iddia irəli sürüb.
Müstəqil.Az medicina.az-a istinadən xəbər verir ki, alimlər sonsuzluğun atadan oğula keçdiyini bildiriblər. Bu fikri türkiyəli həkim Seval Taşdemir də təsdiqləyib. Onun sözlərinə görə, sonsuzluq üçün müalicə alan şəxslərdə spermanın keyfiyyəti sağlam adamla müqayisədə yenə də geridə qalır.
Həmçinin Ferti-Jin Qadın sağlamlığı və Süni Mayalanma Mərkəzi Klinikasının direktoru Seval Taşdemir kişi sonsuzluğu ilə bağlı aparılan son araşdırmalardan danışıb: “Araşdırmalara görə, spirtli içki və siqaret spermalar üzərində mənfi təsirə malikdir. Sonsuzluq isə atadan oğula və növbəti nəsillərə keçə bilər. Eyni zamanda nəsildə sonsuzluq varsa, bu, doğulmamış uşaqlara da zərər verir”.
Brüssel Universiteti tərəfindən aparılan araşdırmada yaşları 18-22 arasında olan 54 kişi müayinə edilib və digər 57 kişi ilə qarşılaşdırılıb. Məlum olub ki, uşaq ana bətnində olduğu zaman müalicə almaq gərəklidir. Bu zaman uşağın problemdən azad olma şansı daha yüksəkdir. Məlumatda həmçinin bildirilib ki, gərgin idmanla məşğul olmaq, uzun müddət edilən eyni hərəkətlər, sauna da spermaya mənfi təsir göstərir. Ancaq orta səviyyəli idman hərəkətlərinin faydalı olduğu bildirilib.
Qeyd olunub ki, vitamin qəbulu da kişilərdə sperma sayını artırır.