1. Qadınların idarə etdiyi Sumatra Adasında Minangkabau cəmiyyətinin tarixi qısaca belədir:
Əfsanəyə görə, Koto Batu krallığını quran Maharajo Dirajo 12-ci əsrin ortalarında öləndə üç arvadından üç kiçik oğlu vardı. İlk arvadı Bütü Indo Jalito uşaqların baxımını və krallığa rəhbərliyi üzərinə götürərək matriarkat cəmiyyətin əsaslarını qoymuş oldu.
2. Dünyanın heç bir yerində görmədiyiniz bu bənzərsiz ictimai quruluşda, miras qızlara qalır, uşaqlar analarının soyadını alır. Kişilər isə arvadlarının evinə köçüb qonaq kimi görünür.
3. Minanglar qədimdən animistik olaraq bilinir, təbiətə sitayiş edirmişlər. Daha sonra Hindistandan gələn İnduizm və Buddizm onlara təsir edir. Matriarxat mədəniyyətə baxmayaraq Minanglar həmçinin Paternalist İslamı da mənimsəyiblər.
4. İslami qaydalara görə yeni evlənən qadının ərinin evinə daşınması lazımdır.
Minanglarda bəy qadının evinə daşınır və onun ailəsiylə birlikdə yaşayır. Başlıq pulunu bəyin təhsil və peşə vəziyyətinə görə gəlinin ailəsi müəyyənləşdirir. Əslində demək olar ki, bildiyimiz qaydaların əksinə gedir proses.
5. Toy günü oğlan evindən götürülərək mərasim üçün gəlinin evinə gətirilir. İslami qaydalara görə nigah kəsilir və ənənəvi musiqi alətləri, qadınlı kişili rəqslərlə bəy qarşılanır.
6. Minang qadınları evlənəndə sosial və iqtisadi imtiyazlar qazanır.
Ev əhli və iqtisadiyyatı yaşlı qadınların idarəsi altında olur. Evin rəisi olaraq torpaq mülkiyyəti və qohumluq əlaqələrinə onlar baxır, münaqişələri həll etməkdə, evlilik əlaqələrində və mərasimlərdə əhəmiyyətli rol oynayırlar.
7. Minang kişilərinə gələcək olsaq;
Onlardan evə müntəzəm gəlir gətirəcək bir iş görməsi və uşaqların xərcini ödəməsi gözlənilir. Əksəriyyəti iş tapmaq üçün kəndlərindən ayrılarkən arada bir evə gəlirlər. Evə qayıdanda isə evdə sözü keçmək məsələsində haqları yoxdur.
8. Müzəffər Kəlin Hekayəsi
“Əfsanəyə görə, Yavadakı Majapahit imperiyasının kralı Minangkabaulara müharibə elan edəndə Sumatra kralı müharibə əvəzinə kəl döyüşü təklif edib. Minangkabauların kəli digərini buynuzlayaraq öldürür. Krallığın adı bu əfsanəyə əsaslandırılır. Çünki “minang” müzəffər, “kabau” isə su kəli mənasına gəlir. Evlərin damlarının və qadınların ənənəvi başlıqlarının buynuz şəklində olmasının səbəbi də budur”.