Sinxron üzgüçülük üzrə ixtisaslaşan kişilər Olimpiya Oyunlarında iştirak edə biləcəklər.
Bu qərarı Beynəlxalq Olimpiya Komitəsi qəbul edib.
Yarışların debütü 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada olacaq.
Düzdür, hələlik kişilər qadınlarla ümumi əsasda qrup yarışlarında iştirak edəcəklər. Yeni qaydalara əsasən, komandada maksimum iki sinxron üzgüçü ola bilər.
Beynəlxalq Üzgüçülük Federasiyasının rəhbəri Hüseyn Əl-Müsəllam BOK-un bu qərarını yüksək qiymətləndirib: “Bu, sinxron üzgüçülük tarixində əlamətdar hadisədir. İdmanın inklüzivlik istiqamətində təkamülü sürətlə davam edir”, – deyə o, bildirib.
Mənbə: vesti.ru