“Kitab Evi” İctimai Birliyi yeni layihəsinin fəaliyyətinə başladı

“Kitab Evi” İctimai Birliyi yeni layihəsinin fəaliyyətinə başladı

“Kitab Evi” İctimai Birliyi yeni layihəsinin fəaliyyətinə başlamışdır

 

“Kitab Evi” İctimai Birliyi 20 sentyabr 2020-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə psixoloji dəstək üzrə elmi-praktik vəsaitin hazırlanması” adlı layihəsinin fəaliyyətinə başlamışdır.

Layihədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə psixoloji xidmət göstərən psixoloqların, praktik-psixoloqların istifadəsi üçün əyani vəsaitin yazılması nəzərdə tutulur. Vəsaitdə işin sistemi, prinsipləri və üsulları göstəriləcəkdir.

Hazırda layihə ilə bağlı təşkilatın üzvləri və layihəyə dəvət edilən mütəxəssislər arasında iki tədbir keçirilmişdir. Birinci görüşdə layihə işlərinə hazırlıq üçün işçi heyətlə iş bölgüsü aparılmış, mövzu ilə əlaqədar elmi-metodiki vəsaitin yazılması üçün mütəxəssislər dəvət edilmiş və onlarla müqavilələr bağlanmışdır. İkinci görüşdə isə müəyyən hissəsi yazılan vəsaitin müzakirəsi keçirilmişdir. Hazırda vəsait elmi redaktə üşün təqdim edilmişdir.

Ölkəmizdə yaşanan pandemiya problemi və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda döyüşləri yenidən başlaması, bununla bağlı müəyyənsəbəblərdən ölkədə toplantılar, hərəkət və internet qismən məhdudlaşdırılmışdır. Yaranan poblemlərə görə fəaliyyət planında nəzərdə tutulan tədbir və görüşlər geniş keçirilmir. Buna baxmayaraq, “Kitab Evi” İctimai Birliyi layihə üzrə fəaliyyətini davam etdirir.

 

Adilə Həsən qızı Nəzərova

“Kitab Evi” İctimai Birliyinin sədri, layihə rəhbəri

 

Müstəqil.Az

Share: