“Kitab Evi” İctimai Birliyi “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə psixoloji dəstək üzrə elmi-praktik vəsaitin hazırlanması” adlı layihəsinin fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə fəaliyyət planı üzrə növbəti dəfə toplanmışdır. Təşkilatın üzvləri və layihəyə dəvət olunan psixoloq İradə Hüseynova ilə “ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəitkin düşənlərin ailə üzvlərinə psixoloji xidmət” (Elmi metodik vəsait) kitabının son tamamlama işlərinin müzakirəsi keçirilmişdir. Hazırda kitab rəy üçün “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar DövlətKomissiyası”na təqdim edilməsi üçün hazırlanır.
Son günlərdə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsindəDağlıq Qarabağda döyüşlərin yenidən başlaması bunu deməyə əsas verir ki, bundan sonra da itkin düşənlərimizin olması mümkündür. Buna görə də itkin düşənlərin ailələrinə psixoloji xidmət sahəsində peşəkar mütəxəsislərin hazırlanması günün tələbinə çevrilmişdir. Belə bir vaxtda psixoloji işin düzgün qurulması ən ağır və çıxılmaz vəziyyətlərdə belə həyatın davam etdirilməsi yollarını axtarıb tapmağa imkan verir.
“Kitab Evi” İctimai Birliyi layihə üzrə fəaliyyətini davam etdirir.
Adilə Həsən qızı Nəzərova
“Kitab Evi” İctimai Birliyinin sədri,
layihə rəhbəri
Müstəqil.Az