Kitabların bahalılığının günahı gömrükdədir

Kitabların bahalılığının günahı gömrükdədir

Deputat Fazil Mustafa parlamentin plenar iclasında cari məsələlərin müzakirəsi zamanı ölkədə keçirilən kitab sərgisindən danışıb.

 

Modern.az xəbər verir ki, deputat ölkədə keçirilən kitab sərgisini yüksək qiymətləndirib:

 

“Təqdirəlayiq haldır. Təklif edirəm ki, ayda bir dəfə kitab sərgisi keçirək. Ölkədə kitaba maraq oyatmaq vacibdir. İnsanlarda oxumağa maraq hissi ölməyib. Çayxanalarda adamlar olduğu halda, kitab ardınca sərgilərə gələnlər də  var”.

 

Fazil Mustafa kitabların qiymətindən də söz açıb:

 

“Kitabın qiymətinin bahalı olmasının səbəbi gömrük rüsumumun yüksək olması ilə bağlıdır. Təcili surətdə ƏDV götürülsün. Heç olmasa başqa ölkələrdə olan yaxşı ənənələri götürsək müsbət tendensiya ola bilər”.

Share: